Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyinin və şəki şəhər icra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəki şəhərində “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub.
Bu barədə məlumari şəki şəhər icra Hakimiyyəti yayıb
“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində təşkil olunan tədbirdə Avropa ittifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.
şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qonaqları salamlayaraq, tədbirin şəkinin mədəni həyatında xoş xatirə kimi qalacağını, sakinlərin Avropa mədəniyyəti və tarixi haqqında yeni biliklər əldə edəcəyini diqqətə çatdırıb. Qeyd edək ki, görüşdə şəki Bələdiyyəsinin sədri Elşad ibadovda iştirak edib.
Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, “Avropa şəhərciyi” ittifaqın üzvü olan ölkələrlə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Layihənin məqsədi Avropa ölkələrinə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək imkanı yaratmaqdır.
Sonra tədbir iştirakçıları Avropa ittifaqına üzv ölkələrin mədəniyyətini, adət-ənənəsini, turizm potensialını əks etdirən guşələrlə tanış olublar.
Tədbir çərçivəsində uşaq və böyüklər üçün müxtəlif müsabiqələr, yarışlar, əyləncəli şoular təşkil olunub.
Belediyye.info